Sağlamlıq
Gizli yayılan xəstəlik: Hər 6 nəfərdən biri...
Dünyada metabolik disfunksiya ilə əlaqəli steatoz qaraciyər xəstəliyi sürətlə yayılır və artıq qlobal miqyasda ciddi təhlükə kimi qiymətləndirilir.
Publika.az xəbər verir ki, The Lancet Gastroenterology & Hepatology jurnalında dərc olunan araşdırmaya əsasən, hazırda Yer üzündə hər 6 nəfərdən biri bu xəstəlikdən əziyyət çəkir.
Tədqiqat nəticələrinə görə, 1990-cı ildə təxminən 500 milyon insanda qeydə alınan xəstəlik 2023-cü ildə 1,3 milyard nəfərə çatıb. Alimlər proqnozlaşdırır ki, bu rəqəm 2050-ci ilə qədər daha 42 faiz artaraq 1,8 milyarda yüksələcək.
Mütəxəssislər bildirirlər ki, xəstəlik daha çox kişilər arasında yayılıb. Ən yüksək göstəricilər 80-84 yaş aralığında qeydə alınsa da, ümumi say baxımından ən çox xəstə kişilərdə 35-39, qadınlarda isə 55-59 yaş qrupunda müşahidə olunur.
Araşdırmada əsas risk faktorları kimi qanda şəkərin yüksək olması, artıq çəki və siqaret çəkmə göstərilir. Alimlər xəbərdarlıq edir ki, bu amillər nəzarət altına alınmasa, qaraciyər xəstəlikləri yaxın onilliklərdə dünya səhiyyəsi üçün ən böyük problemlərdən birinə çevrilə bilər. (Musavat.com)
-
Sosial23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi



































