Sağlamlıq
Şəkərli diabeti olanlar balqabaq yeyə bilərlər? - Həkimdən məsləhət
Balqabaqdan müəyyən miqdarda və düzgün şəkildə yemək hazırlandıqda, o, qanda şəkərin təhlükəli həddə gəlməsinə səbəb olmur. Lakin bu xəstəliyin son mərhələlərində olanlar bişmiş balqabğı böyük porsiyalarda yeməməlidirlər.
Publika.az xəbər verir ki, bu fikirləri Rusiyanın tanınmış endokrinoloqlarından olan Natalya Tananakina "Gazeta"ya müsahibəsində səsləndirib.
Balqabaq vitaminlər, minerallar, lif və antioksidantlarla zəngindir. Bu sadalananlar isə hüceyrələri sərbəst radikalların zərərindən aktiv şəkildə qoruyur. Həkim onu da izah edib ki, balqabaqdan düzgün istifadə edildikdə o, terapevtik pəhrizin dəyərli bir komponentinə çevrilir. Mütəxəssisin fikrincə, çiy balqabaq ən aşağı qlisemik indeksə (Qİ) malikdir.
"Çiy balqabağın qlisemik İndeksi 25-30-dur. Yəni bu məhsul təhlükəsizdir və yavaş həzm olunur. 50-55 Qİ-si olan bişmiş balqabaq isə müəyyən miqdarda qəbul edilməlidir. Balqabağı bişirmək və püre halına salmaq onun Qİ-sini 65-75-ə qədər artıra bilir. Bu cür yeməklər həddindən artıq istehlak edildikdə qan şəkəri səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilər",- müətəxəssis deyib.
Müəllif: Tural
-
Sosial23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi



































