Sağlamlıq
Ürək xəstələri üçün ümid: Bu metod ölüm riskini aşkar edəcək
Rusiyanın Penza Dövlət Universitetinin alimləri miokard infarktından sonra ürəkdə yaranan çapıq toxumasının kütləsini müəyyən etməyə imkan verən yeni üsul hazırlayıb və patentləşdiriblər.
Publika.az xəbər verir ki, bu metod təkrar ağırlaşmalar və ölüm riski yüksək olan xəstələri erkən mərhələdə aşkarlamağa kömək edir.
Araşdırmaya görə, əgər çapıq toxuması sol mədəciyin miokard kütləsinin 20 faizindən çoxunu təşkil edərsə, təkrar infarkt, aritmiya və ölüm ehtimalı kəskin artır.
Alimlərin sözlərinə görə, metodun dəqiqliyi təxminən 80 faiz təşkil edir və maqnit-rezonans tomoqrafiyası (MRT) nəticələri ilə müqayisə oluna bilər. Lakin əsas üstünlük ondadır ki, bu üsul bahalı və mürəkkəb avadanlıq tələb etmir və infarktdan sonra ilk 7-10 gün ərzində adi tibbi şəraitdə tətbiq oluna bilər.
Tədqiqat iki mərhələli olmaqla 120-dən çox pasiyentin iştirakı ilə aparılıb. Alınan nəticələr ürəyin MRT müayinəsi ilə müqayisə edilərək təsdiqlənib.
Metodun kəskin vəziyyətdə olan xəstələrlə işləmək üçün kardiologiya şöbələrində tətbiqi planlaşdırılır. Bundan sonra bu risk qrupunda olan xəstələrin vaxtında müəyyənləşdirilməsi və müalicənin gücləndirilməsi sayəsində ağırlaşmaların və ölüm hallarının qarşısını almaq mümkün olacaq.
Müəllif: Adəm
-
Dünya17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial15:32Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Səhiyyə15:11Tarif Şurasından dərmanlarla bağlı qərar
-
Rəsmi xronika14:27İlham Əliyev fərman imzaladı
-
Dünya13:13“Hizbullah”ı tərksilah etməyin şərtləri – Livan prezidenti ABŞ-da açıqladı
-
Hadisə12:40"Arzum" azadlığa buraxıldı
-
Dünya12:24Nadir hadisə: Tək yumurtadan dördəm doğuldu - FOTO
-
MDB11:30Rusiyanın cənubuna güclü hücum – Müdafiə Nazirliyi bəyanat yaydı






.jpg)
































