Sağlamlıq
Qəhvə ürək döyüntüsünün artmasına səbəb olursa... - Kardioloqdan vacib xəbərdarlıq
Kardioloq Valeriya Bonadıykova qəhvənin ürək sağlamlığına təsiri ilə bağlı diqqətçəkən açıqlama verib.
Publika.az xəbər verir ki, həkimin sözlərinə görə, qəhvənin orqanizmə təsiri onun miqdarından, tündlüyündən və günün hansı saatında qəbul edilməsindən asılıdır. Həddindən artıq qəhvə içilməsi ürək döyüntülərinin sürətlənməsinə, ürəkdə ritm pozuntusu hissinə və yuxu problemlərinə səbəb ola bilər. Xüsusilə qəhvəni fasilələrlə, lakin böyük porsiyalarla qəbul edən insanlarda bu cür təsirlər daha çox müşahidə olunur.
Kardioloq bildirib ki, ürək-damar xəstəliklərinin profilaktikasında qəhvənin olub-olmaması əsas rol oynamır. Onun sözlərinə görə, daha vacib amillər qan təzyiqinə, şəkər və xolesterin səviyyəsinə nəzarət, siqaretdən imtina, müntəzəm idman, artıq çəkidən uzaq durmaq və keyfiyyətli yuxudur.
“Əgər qəhvə yuxuya getməyi gecikdirir və yuxunun keyfiyyətini aşağı salırsa, bu zaman təzyiq və ümumi vəziyyət pisləşir. Adətən belə bir dövr yaranır: insan yorğunluğu kofe ilə kompensasiya edir, yuxu daha da pozulur və səhər yenidən qəhvəyə ehtiyac artır. Bu isə simptomlara həssaslığı artırır”, - deyə həkim əlavə edib.
Müəllif: Adəm
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region19 Sentyabr 22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin219 Sentyabr 20:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19 Sentyabr 19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi































.jpg)



