Sağlamlıq
Məşhur ədviyyatın elə bir faydası üzə çıxdı ki...
Sarıkökə parlaq sarı rəng verən aktiv birləşmə - kurkumin diabet zamanı damarları zədələnmədən qoruya bilər.
Publika.az xəbər verir ki, "American Physiology Summit 2026" (APS2026) konfransında tədqiqatçılar bu barədə məruzə ilə çıxış ediblər.
Alimlər heyvanlar üzərində aparılan sınaqlarda kurkuminin 1-ci tip diabetə yüksək şəkər səviyyəsinin damarları tədricən zədələdiyi və ürək-damar fəsadları riskini artırdığı xəstəliyə təsirini öyrəniblər. Artıq bir aydan sonra kurkumin qəbul edən siçovulların damarlarının vəziyyəti nəzarət qrupu ilə müqayisədə əhəmiyyətli dərəcədə yaxşı olub.
Analizlər göstərib ki, bu maddə iltihabı azaldır, damar hüceyrələrinin işini bərpa edir və toxumaların qorunmasında mühüm rol oynayan HSP70 zülalının balansını normallaşdırır. Həmçinin damar divarında kalsiumun tənzimlənməsinin yaxşılaşması da müşahidə olundu ki, bu da damarların elastikliyinə və tonusuna təsir edən əsas mexanizmdir.
Bu effektlər birlikdə damarlarda adətən diabet zamanı yaranan və zamanla ürək xəstəliklərinə gətirib çıxaran struktur və funksional dəyişikliklərin qarşısını almağa kömək etdi. Müəlliflər vurğuladılar ki, nəticələr hələlik yalnız heyvanlar üzərində əldə olunub və söhbət ədviyyatlar və ya bioloji əlavələrlə müstəqil müalicədən getmir.
Hüseyn İbadlı
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı



































