Sağlamlıq
Sağlam olmayan münasibətlərin 4 əlaməti - Psixoloq xəbərdarlıq etdi
Birtərəfli ünsiyyət emosional istismarın əsas əlamətlərindən biri ola bilər.
Publika.az xəbər verir ki, bu barədə klinik psixoloq Yekaterina Savina danışıb.
Onun sözlərinə görə, əgər bir insan sizə mütəmadi olaraq problemlərini danışır, lakin sizin həyatınıza maraq göstərmirsə, bu, artıq təhlükə siqnalıdır: “Bu halda qarşılıqlılıq yoxdur. Siz dəstək verirsiniz, amma eyni münasibəti görmürsünüz. Bu isə emosional istifadə deməkdir”.
Psixoloq qeyd edib ki, ikinci vacib əlamət emosional tükənmədir. Ünsiyyətdən sonra insan özünü yorğun, əsəbi hiss edirsə, bu münasibət sağlam sayılmır.
Savinanın sözlərinə görə, şəxsi sərhədlərin pozulması da diqqət yetirilməli məqamlardandır: “Əgər qarşı tərəf istənilən vaxt yazır və ya zəng edir, dərhal cavab gözləyirsə, bu artıq sizin sərhədlərinizin nəzərə alınmadığını göstərir”.
Ekspert əlavə edib ki, səbəbsiz günahkarlıq hissi də belə münasibətlərin göstəricisidir. Yəni insan kömək etmək istəmədikdə özünü günahkar hiss edirsə, bu artıq psixoloji təzyiqin nəticəsidir.
Psixoloq vurğulayıb ki, əsas meyar “verib-almaq” balansıdır: “Əgər bu balans daim pozulursa, bu barədə ciddi düşünmək lazımdır. Öz hisslərinizə diqqət yetirin: davamlı gərginlik və ünsiyyətdən qaçmaq istəyi münasibətin sağlam olmadığını göstərir”.
Mütəxəssis vəziyyətdən çıxış yolu kimi ilk növbədə problemin qəbul edilməsini tövsiyə edir. Onun sözlərinə görə, insan öz sərhədlərini müəyyənləşdirməli, ünsiyyət vaxtını məhdudlaşdırmalı və lazım olduqda dərhal cavab verməməlidir.
“İmtina etməyi öyrənin - sakit və izahsız. Qarşı tərəfin reaksiyasına diqqət yetirin, əgər o, sizin sərhədlərinizə hörmət edirsə, münasibəti qorumaq mümkündür. Əks halda, məsafə saxlamaq daha doğru olar”, - deyə o bildirib.
Savina sonda qeyd edib ki, sağlam münasibətlər qarşılıqlı dəstək üzərində qurulur, tək tərəfli fədakarlıq üzərində yox.
Müəllif: Adəm
-
Sosial18:20Metro və avtobuslarda ödənişlə bağlı yenilik
-
Dünya17:27İngilislər bu məkanları görmək üçün Türkiyəyə axın edirlər – Fotolar
-
Sosial17:23Vətəndaşa dəstək: Prezidentdən təbii fəlakətin fəsadlarına qarşı mühüm addım
-
Rəsmi xronika16:55İlham Əliyev üç fərman imzaladı
-
İqtisadi gündəm16:50BƏƏ OPEC-dən niyə çıxdığını açıqladı - Böyük neft müharibəsi başlayır?
-
Dünya16:10Gözəllik kraliçasını qayınanası belə öldürüb: Polis qətlin videosunu tapdı
-
Sosial15:20Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək
-
Dünya14:18Kralın yanında biabırçı hərəkət: Görün Tramp əlini Melaniyanın harasına qoydu - FOTO/VİDEO




































