Sağlamlıq
Sizi gənə dişləyibsə, gecikməyin, yoxsa... - Həkim görün nə dedi
Havaların isinməsi ilə piknik mövsümü açıq elan olunub. Lakin təbiət qoynunda istirahət edərkən insan orqanizmi üçün ciddi təhlükə yaradan gənələri unutmamaq lazımdır. Bu kiçik canlılar dişləmə zamanı sinir sistemi, oynaqlar, ürək və digər orqanları zədələyən ciddi xəstəliklərə yol açır. Terapevt Alina Azizova gənə dişləməsi zamanı atılmalı olan təxirəsalınmaz addımları açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Mütəxəssisin sözlərinə görə, gənə bədəndən nə qədər tez uzaqlaşdırılsa, yoluxma riski bir o qədər azalar. Gənəni çıxarmaq üçün ən doğru yol dərhal travmatoloji məntəqəyə müraciət etməkdir.
Əgər yaxınlıqda tibb müəssisəsi yoxdursa, gənəni xüsusi cihaz və ya pinsetlə ehtiyatla çıxarmaq olar. Ən vacib məqam isə gənəni atmamaqdır! Onu nəm pambıq qoyulmuş qapalı qaba yerləşdirib laboratoriyaya təhvil vermək lazımdır ki, infeksiya daşıyıcısı olub-olmadığı yoxlanılsın.
İnfeksionist Tomas Russo isə bildirir ki, gənə çıxarıldıqdan sonra proses bitmir. İnsan ən azı 30 gün ərzində səhhətini və bədənindəki dəyişiklikləri diqqətlə izləməlidir. Hər hansı qızartı, yüksək hərarət və ya ağrı müşahidə olunarsa, dərhal həkimə müraciət edilməlidir.
Müəllif: Adəm
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı



































