Sağlamlıq
Gündə nə qədər makaron yemək olar? - Endokrinoloqdan xəbərdarlıq
Çoxları makaronun çəki artırdığını düşünsə də, mütəxəssislər bunun dozasını açıqlayıb.
Publika.az xəbər verir ki, endokrinoloq və dietoloq Anton Polyakov "aif.ru" nəşrinə müsahibəsində sağlamlığa zərər vermədən gündəlik nə qədər makaron istehlak edilə biləcəyini deyib.
Həkimin sözlərinə görə, nişasta ilə zəngin olan bişmiş qidaların (o cümlədən makaronun) gündəlik ağlabatan norması təxminən 300 qramdır. Bu miqdar orqanizmin karbohidrat ehtiyacını qarşılayır, lakin artıq çəkiyə və şəkərin qəfil yüksəlməsinə səbəb olmur.
Ekspert vurğulayır ki, makaronun növü sağlamlığa təsir edən əsas amildir. O, bərk buğdadan hazırlanmış məhsullara üstünlük verməyi tövsiyə edir. Çünki bu növ makaronlar qanda şəkərin səviyyəsini daha yavaş artırır. Əksinə, yumşaq buğdadan hazırlanan və həddindən artıq bişirilərək yumşaldılan makaronlar glikemik indeksi artıraraq maddələr mübadiləsinə mənfi təsir göstərə bilər.
Pəhrizini daha rəngarəng və balanslı etmək istəyənlər üçün həkim paxlalı bitkilərdən (mərci, noxud və s.) hazırlanan və ya qarğıdalı unundan olan makaronları da tövsiyə edir.
Müəllif: Adəm
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı



































