Sağlamlıq
Yeni xərçəng vaksini: ilk pasiyentin vəziyyəti açıqlandı
Melanomanın müalicəsi üçün hazırlanan yeni vaksini qəbul edən ilk pasiyentin analizlərində artıq kiçik dəyişikliklər müşahidə olunur.
Publika.az xəbər verir ki, bu barədə Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin elmi rəhbəri Aleksandr Qintsburq bildirib.
Onun sözlərinə görə, əsas immunoloji nəticələr hələ qarşıdadır. Pasiyentə təxminən daha 10 dəfə vaksin vurulması planlaşdırılır.
Qintsburq qeyd edib ki, pasiyent hazırda Kursk vilayətində ev şəraitindədir və regional onkoloji dispanserin nəzarəti altındadır. Növbəti vaksin vurulmasının may bayramları arasında həyata keçirilməsi nəzərdə tutulur.
Preparat hər bir pasiyentin şişinə uyğun fərdi qaydada hazırlanır. Bildirilir ki, vaksin pulsuzdur və icbari tibbi sığorta sisteminə daxildir. (Musavat.com)
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı



































