Sağlamlıq
Stressdən azad olmağın sadə və sürətli yolu
Üzü buzlu suya salmaq və ya əllərdə buz parçası saxlamaq gərginliyi və stresi sürətlə aradan qaldırmağa kömək edir.
Publika.az xəbər verir ki, bu barədə Qazeta.ru-ya həkim, klinik psixoloq, dosent və Piroqov Universitetinin Klinik Psixologiya və Sosial İş İnstitutunun direktor müavini Yekaterina Orlova məlumat verib.
Psixoloq bildirib ki, mənfi emosional vəziyyətlərin öhdəsindən gəlmək bacarıqları strukturunda temperatur komponenti bir sıra xarici alimlər tərəfindən fizioloji oyanıqlığın təcili azaldılması metodu kimi qiymətləndirili:
“Məsələn, üzün buzlu suya salınması və ya buz parçasının saxlanması məməlilərin suya baş vurma refleksini aktivləşdirir. Bu refleks bradikardiya və simpatik tonusun azalması ilə müşayiət olunan parasimpatik vaqus reaksiyasını işə salır.
Sözügedən refleks ürəyin daha yavaş döyünməsinə səbəb olur və sinir sistemini tormozlanma rejiminə keçirir”.
Həkim sonda qeyd edib ki, nəticədə parasimpatik şöbə stres və təşvişə cavabdeh olan simpatik şöbə üzərində üstünlük qazanır.
“Üz dərisinə təsir edən soyuq damarların daralmasına səbəb olur və fizioloji oyanıqlığı sanki ləngidərək bizə sakitləşməyə kömək edir”, - o əlavə edib.
Hüseyn İbadlı
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı



































