Sağlamlıq
Hamiləlikdə dişlər niyə tökülür? - Məşhur mif dağıldı
Hamiləlik zamanı dişlərin sürətlə xarab olmasını çox vaxt bətndəki körpənin anadan kalsium “oğurlaması” ilə əlaqələndirirlər. Lakin ekspert Veronika Sidorkoviç bu məşhur inancın əsassız olduğunu və real səbəblərin tamamilə fərqli olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, mütəxəssis diş emalının qana kalsium ötürmək kimi bir funksiyasının olmadığını, orqanizmdə formalaşmış dişdən kalsiumu çıxarıb dölə yönləndirəcək hər hansı bioloji mexanizmin mövcud olmadığını bildirib.
Sidorkoviç vurğulayıb ki, hamilə qadınların dişlərini məhv edən "ac döl" deyil, ağız boşluğunda yaranan aqressiv kimyəvi mühitdir.
Hormonal dəyişikliklər tüpürcəyin pH balansını turşuluğa doğru dəyişir, qoruyucu fosfat və kalsiumun konsentrasiyası isə aşağı düşür. Bu təbii müdafiənin zəifləməsi fonunda toksikoz zamanı yaranan qusma və turşu diş emalının birbaşa kimyəvi aşınmasına, yəni eroziyasına yol açır. Üstəlik, yorğunluq səbəbindən diş gigiyenasına laqeyd yanaşılması və tez-tez edilən qəlyanaltılar dişlərin sürətlə çürüməsinə və tökülməsinə səbəb olur.
Ekspertin fikrincə, bu proseslər tamamilə fizioloji xarakter daşıyır və düzgün qulluqla qarşısı alına bilər.
Adəm
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı



































