Sağlamlıq
Tarixə düşəcək kəşf: Keçəlliyin əlacı tapıldı
Dünyada milyonlarla insanın ortaq problemi olan saç tökülməsinə qarşı inqilabi addım atılıb. Belə ki, saç tökülməsini dayandıran və yeni saçların çıxmasını təmin edən eksperimental dərman artıq satış ərəfəsindədir.
Publika.az "New York Post"a istinadən xəbər verir ki, "Veradermics" bioəczaçılıq şirkəti yeni preparatın klinik sınaqlarının uğurla başa çatdığını elan edib.
519 nəfərin iştirak etdiyi araşdırmada məlum olub ki, 6 ay ərzində dərmanı qəbul edənlərdə hər kvadrat santimetrə orta hesabla 30-33 yeni saç teli çıxıb. Bildirilir ki, plasebo qrupunda bu rəqəm cəmi 7 olub. İştirakçıların 86%-i saçlarının vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib.
Mütəxəssislər qeyd edirlər ki, yüksək dozaya baxmayaraq, dərman ürək-damar sistemi üçün ciddi risk yaratmır.
Sınaqlar zamanı heç bir ciddi kardioloji yan təsir qeydə alınmayıb. Bununla belə, bəzi xəstələrdə bədəndə tüklənmə və şişkinlik kimi hallara rast gəlinib.
Əgər növbəti təhlükəsizlik sınaqları da uğurla keçərsə, bu tabletlər androgenetik alopesiyaya (irsi saç tökülməsi) qarşı ilk qeyri-hormonal vasitə kimi tarixə düşəcək.
Müəllif: Adəm
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region19 Sentyabr 22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin219 Sentyabr 20:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19 Sentyabr 19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19 Sentyabr 19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
































.jpg)



