Sağlamlıq
Ölümcül virus yayıldı: Səhiyyə mərkəzləri ayağa qalxdı - Fövqəladə vəziyyət elan edildi
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) ölkədə yayılan xantavirus epidemiyası ilə bağlı fövqəladə vəziyyət elan edib.
Publika.az "ABC" telekanalına istinadən xəbər verir ki, qurum sözügedən virusun yayılmasına görə 3-cü səviyyəli (hazırlıq) fövqəladə vəziyyət tətbiq edib.
Bildirilir ki, bu qərar qurumun daxili reytinq şkalası üzrə minimal səviyyə olsa da, artıq xüsusi işçi qrupları formalaşdırılıb və operativ reaksiya mərkəzləri fəaliyyətə başlayıb. Hazırda əhali üçün riskin aşağı olduğu deyilsə də, monitorinq işləri gücləndirilmiş rejimə keçirilib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələ bir gün əvvəl xantavirus infeksiyasının yüksək ölüm riski daşıdığı barədə dünyanı xəbərdar etmişdi. Virusun əsasən gəmiricilər vasitəsilə keçdiyi bildirilir.
Müəllif: Adəm
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?




































