Sağlamlıq
Tibbdə inqilab: Arıqlamaq asanlaşdı
Rusiyada tibb aləmində böyük səs-küyə səbəb olacaq yeni sistemin klinik sınaqlarına başlanılıb. Bağırsaq mikrobiotasını analiz edən bu sistemin yerli analoqu yoxdur.
Publika.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti Seçenov Universitetinin mütəxəssislərinə istinadən məlumat yayıb.
Yeni hazırlanan sistem PZR (PCR) metoduna əsaslanır və xəstələrə müraciət etdikləri gün nəticə almağa imkan verir. Bu texnologiya sayəsində həkimlər hər bir şəxsin fərdi mikroflorasına uyğun dəqiq müalicə metodu seçə biləcəklər.
Akademik Vladimir İvaşkinin sözlərinə görə, sistem bağırsaqdakı şərti-patogen mikroflora və "Candida" göbələkləri də daxil olmaqla, mikrobların miqdarını dəqiq qiymətləndirir. Texnologiyanın ən böyük üstünlüklərindən biri də onun maya dəyərinin aşağı olmasıdır.
Mütəxəssislər bildirir ki, bu analiz metodu təkcə mədə-bağırsaq xəstəliklərində deyil, həm də immunitet problemləri, həyəcan pozğunluğu (depressiya), piylənmə və digər metabolik pozuntuların müalicəsində effektiv olacaq. Beləliklə, artıq proprobiyotik terapiyası hər kəs üçün fərdiləşdiriləcək və daha sürətli nəticə verəcək.
Müəllif: Adəm
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?




































