Sağlamlıq
Hər gün bir qədəh şərab... - Narkoloqdan şok xəbərdarlıq
Cəmiyyətdə geniş yayılmış "gündə bir qədəh şərab sağlamlığa xeyirdir" fikri əslində böyük yanlışlıqdır.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, tanınmış narkoloq Andrey Tyurin bu populyar mifi alt-üst edib.
Ekspert bildirib ki, heç bir ciddi elmi araşdırma gündəlik az miqdarda şərab qəbulunun tamamilə ayıq qalmaqdan daha faydalı olduğunu sübut etməyib.
Əksinə, hər gün bir qədəh şərabla dincəlmək vərdişi insan orqanizminə ciddi zərbə vurur.
"Bu vərdiş fərq edilmədən yaddaşı zəiflədir, diqqət konsentrasiyasını azaldır. Eyni zamanda qaraciyər, mədəaltı vəzi, ürək və sinir sisteminə ciddi ziyan vurur", - deyə həkim xəbərdarlıq edib.
A.Tyurin həmçinin vurğulayıb ki, bir qədəh şərab müəyyən müddətdən sonra insana kifayət etmir. Nəticədə dozanın artırılması ehtiyacı yaranır və sadə bir "rahatlaşma ritualı" tədricən real alkoqol asılılığına çevrilir.
Bununla yanaşı, "Roskaçestvo" mütəxəssisləri bazarda keyfiyyətli şərabın qiyməti ilə bağlı maraqlı faktlar açıqlayıblar. "İzvestiya"nın məlumatına görə, mağazalarda yaxşı şərabın qiyməti orta hesabla 500-600 rubldan (təxminən 9-11 AZN) başlayır. Lakin iri istehsalçıların bəzi keyfiyyətli məhsullarını 400 rubla (təxminən 7-8 AZN) da tapmaq mümkündür.
Müəllif: Adəm
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?




































