Sağlamlıq
Hamiləlikdəki bu problem uşağın gələcəyini məhv edə bilər - Xəbərdarlıq
Hamiləlik zamanı yaranan bəzi ağırlaşmalar uşaqlarda gələcəkdə ürək-damar xəstəliklərinin riskini artıra bilər.
Publika.az xəbər verir ki, Şimal-Qərb Universitetinin alimləri bu nəticəyə gəliblər.
Araşdırma çərçivəsində alimlər 20 ildən artıq müddətdə 1300 ana-uşaq cütlüyünü müşahidə ediblər. Tədqiqat zamanı hamiləlik dövründə rast gəlinən üç geniş yayılmış problem - yüksək qan təzyiqi, gestasion diabet və vaxtından əvvəl doğuşun uşaqların gələcək sağlamlığına təsiri araşdırılıb.
Uşaqların 22 yaşı tamam olduqda onların arterial təzyiqi, qanda şəkərin səviyyəsi və damarlarının vəziyyəti qiymətləndirilib.
Ən ciddi fəsad analarında preeklampsiya da daxil olmaqla hipertoniya pozuntuları müşahidə edilən şəxslərdə aşkarlanıb. Bu insanlarda bədən kütlə indeksinin yüksək olduğu, diastolik təzyiqin artdığı və qlükoza nəzarətində problemlərin yarandığı müəyyən edilib.
Bundan əlavə, ultrasəs müayinəsi karotid arteriya divarlarının qalınlaşdığını - ürək-damar xəstəliklərinin erkən əlamətini aşkar etdi. Alimlərin fikrincə, gənclərdə damar divarının qalınlığında hətta kiçik dəyişikliklər belə damarların sürətlə qocalmasını, gələcəkdə infarkt və insult riskinin artmasını göstərə bilər.
Tədqiqat göstərib ki, gestasion diabet də uşaqlarda ürək-damar sağlamlığının pisləşməsi ilə əlaqəlidir. Vaxtından əvvəl doğulan şəxslərdə isə qlükoza mübadiləsinin pozulması əlamətləri daha çox müşahidə olunub.
Araşdırma müəllifləri hesab edirlər ki, hamiləlik dövründəki ağırlaşmalar uşağın orqanizminin və maddələr mübadiləsinin inkişafına hələ ana bətnində təsir göstərir. Bu prosesdə iltihab, oksidləşdirici stress və gen aktivliyindəki dəyişikliklərin mühüm rol oynadığı bildirilir.
Qeyd edək ki, tədqiqatın nəticələri "JAMA Network Open" jurnalında dərc olunub.
Müəllif: Adəm
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?



































