Sağlamlıq
Yuxunun keyfiyyətini belə yaxşılaşdırmaq olar
Çinli tədqiqatçılar probiotiklərin yuxu keyfiyyətinə və səhər saatlarında insanın özünü hiss etməsinə müsbət təsir göstərdiyini müəyyən ediblər.
Publika.az xəbər verir ki, bu barədə “Frontiers in Psychiatry” jurnalında dərc olunan meta-analizdə bildirilir.
Probiotiklər bəzi fermentləşdirilmiş qidalarda və qida əlavələrində olan faydalı canlı bakteriyalardır. Alimlərin fikrincə, bu bakteriyalar bağırsaq mikroflorasının balansını qorumaqla yanaşı, “bağırsaq-beyin” oxu vasitəsilə beyin və sinir sisteminin işinə də təsir göstərə bilər.
Tədqiqat müəllifləri 4 mindən çox insanın iştirakı ilə aparılmış 39 randomizə edilmiş araşdırmanın nəticələrini təhlil ediblər. İş çərçivəsində müxtəlif növ probiotiklərin yuxu keyfiyyəti, müddəti, gündüz yuxululuğu və yuxusuzluq əlamətlərinə təsiri öyrənilib.
Nəticələr göstərib ki, probiotiklərin qəbulu yuxu keyfiyyətinin cüzi də olsa yaxşılaşması ilə bağlıdır. Belə ki, tədqiqat iştirakçıları gündüz yorğunluğundan daha az şikayət ediblər, yuxunun orta müddəti isə təxminən 14 dəqiqə artıb. Bununla belə, alimlər qeyd edirlər ki, müşahidə olunan effekt mülayim xarakter daşıyır və dəqiq qənaətə gəlmək üçün daha genişmiqyaslı araşdırmalara ehtiyac var.
Hüseyn İbadlı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?



































