Sağlamlıq
Dünyanı narahat edən təhlükə: Bu ölkələrdə piylənmə sürətlə artır
Dünyanın müxtəlif ölkələrində aparılan genişmiqyaslı beynəlxalq araşdırma göstərib ki, zəngin dövlətlərin bir çoxunda piylənmə səviyyəsi sabitləşməyə başlayıb, inkişaf etməkdə olan ölkələrdə isə problem sürətlə böyüyür.
Publika.az xəbər verir ki, araşdırma “Nature” jurnalında dərc olunub.
"Non-Communicable Disease Risk Factor Collaboration" (NCD-RisC) konsorsiumunun hazırladığı tədqiqat 45 il ərzində 5 yaşdan yuxarı 232 milyon insanın məlumatlarının təhlilinə əsaslanıb.
Alimlər müəyyən ediblər ki, Qərbi Avropa, Şimali Amerika, Avstraliya və bəzi Asiya ölkələrində piylənmənin yayılma tempi zəifləyib, bəzi yerlərdə isə hətta azalma müşahidə olunub. Bu tendensiya xüsusilə uşaqlar və yeniyetmələr arasında diqqət çəkir.
Bunun əksinə olaraq, aşağı və orta gəlirli ölkələrdə, xüsusən Asiya, Afrika, Latın Amerikası, Karib hövzəsi və Sakit okean adalarında piylənmə sürətlə artır. Ən ciddi artımın yenə də uşaqlar və yeniyetmələr arasında qeydə alındığı bildirilib.
Tədqiqat müəllifləri vurğulayıblar ki, piylənmə sadəcə artıq çəki problemi deyil. Bu hal ürək, qaraciyər, böyrək, tənəffüs sistemi və dayaq-hərəkət aparatının xəstəlikləri riskini artıran ciddi xəstəlik hesab olunur.
Alimlərin sözlərinə görə, COVID-19 pandemiyası dövründə piylənmədən əziyyət çəkən insanların ağır xəstələnmə və xəstəxanaya yerləşdirilmə ehtimalı daha yüksək olub.
Mütəxəssislər hesab edirlər ki, zəngin ölkələrdə sağlam qidalanmaya çıxışın artması, əhalinin məlumatlılığının yüksəlməsi və səhiyyə sisteminin tədbirləri piylənmənin artım tempini zəiflədib.
İnkişaf etməkdə olan ölkələrdə isə urbanizasiya, oturaq həyat tərzi və emal olunmuş qidalardan asılılıq problemin sürətlə yayılmasına səbəb olur.
Araşdırma müəllifləri bildiriblər ki, piylənmə ilə mübarizə üçün bütün ölkələrdə eyni metodlardan istifadə effektiv deyil və hər region üçün fərqli yanaşmalar tələb olunur.
Müəllif: Adəm
-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...




































