Sağlamlıq
Oteldə, hovuzda görünməyən təhlükə - Rotavirus necə yayılır?
İnsanlar adətən bağırsaq infeksiyalarını antisanitariya, küçə yeməkləri və çirkli şəraitlə əlaqələndirirlər. Halbuki rotavirus ən rahat və təhlükəsiz görünən məkanlarda - otellərdə, hovuzlarda və ailəvi istirahət zamanı da sürətlə yayıla bilir. Ən təhlükəlisi isə odur ki, çoxları buna hazır olmur.
Publika.az xəbər verir ki, bununla bağlı alimlərin fikirləri Rusiya mətbuatında yer alıb.
Mütəxəssislərin sözlərinə görə, rotavirusun yayılması üçün xüsusi şərait lazım deyil. Virus su, səthlər və insanlararası adi təmas vasitəsilə də ötürülə bilər. İmmunoloq, professor Andrey Prodeus bildirib ki, bakterial bağırsaq infeksiyaları əsasən qidadan keçsə də, rotavirus kimi virus infeksiyalarında əsas risk mənbəyi su və əllərdir.
Onun sözlərinə görə, midiya və digər molyusklar da virus daşıyıcısı ola bilər.
Statistikaya əsasən, kəskin bağırsaq infeksiyalarının 82 faizə qədəri virus mənşəlidir və onların təxminən yarısı rotavirusla bağlıdır.
Uşaqlar üçün daha təhlükəlidir
Rotavirusun əsas təhlükəsi xəstəliyin çox sürətlə inkişaf etməsidir. Bir neçə saat ərzində halsızlıq, yüksək hərarət, qusma və ishal başlaya bilər.
Böyüklər üçün xəstəlik ağır keçsə də, uşaqlarda vəziyyət daha kritik olur. Həkimlərin sözlərinə görə, qusma və ishal nəticəsində uşaq qısa müddətdə bədən çəkisinin 10 faizini itirə bilər. Bu isə ciddi susuzlaşma riski yaradır.
Susuzlaşma özünü sidiyin azalması, dəri və selikli qişaların quruması, güclü halsızlıqla göstərir. Mütəxəssislər ilk saatlardan tibbi yardımın vacib olduğunu vurğulayırlar.
"Sağaldım” düşüncəsi aldadıcı ola bilər
Həkimlər xəbərdarlıq edir ki, simptomlar keçsə belə, rotavirus bir neçə həftə ərzində orqanizmdə qala və başqalarına keçə bilər. Bu səbəbdən xəstəliyin yarımçıq müalicəsi ailə üzvləri üçün də risk yaradır.
Mütəxəssislər səyahət zamanı dərman çantasının əvvəlcədən hazırlanmasını məsləhət görürlər. Əsas vasitələr sırasında qızdırmasalıcılar, sorbentlər, susuzlaşmanın qarşısını alan preparatlar və antiviral dərmanlar yer almalıdır.
Həkimlər xüsusilə hovuz və açıq su hövzələrində uşaqların su udmamasına diqqət yetirməyi tövsiyə edirlər. Çünki virusun ən geniş yayılma yollarından biri məhz sudur.
Müəllif: Adəm
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi




































