Sağlamlıq
Kondisioner ölümcül xəstəlik yaya bilər? - Həkim əsas riski açıqladı
Kondisionerin soyuq havası birbaşa xəstəlik yaratmasa da, infeksiyaların yayılmasına və tənəffüs yollarının immun müdafiəsinin zəifləməsinə səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə tibb elmləri doktoru Aleksandr Kalyujin “Gazeta.ru”ya danışıb.
Onun sözlərinə görə, soyuq hava və temperatur fərqləri tənəffüs yollarının selikli qişasının müdafiəsini zəiflədir:
“Əslində kondisioner özü soyuqdəymənin səbəbi deyil. Əsas törədicilər hava-damcı yolu ilə yayılan virus və bakteriyalardır. Lakin kondisioner sistemləri infeksiyaların yayılması üçün əlverişli şərait yarada bilər. Uzun müddət soyuq havaya məruz qalmaq və kəskin temperatur dəyişiklikləri tənəffüs yollarının yerli müdafiəsini azaldır. Bu isə xüsusilə mövsümi respirator viruslara qarşı həssaslığı artırır”.
Mütəxəssis bildirib ki, texniki baxımı düzgün aparılmayan kondisionerlər toz, göbələk və müxtəlif mikroorqanizmləri özündə toplaya bilər: “Sanitar qaydalara əməl olunmadıqda həmin hissəciklər hava axını ilə otağa yayılır. Qapalı məkanlarda və insanların sıx olduğu yerlərdə bu, infeksiya riskini artırır”.
Aleksandr Kalyujin kondisionerlərin mütəmadi təmizlənməsinin vacib olduğunu vurğulayıb. O qeyd edib ki, epidemiologiyada xüsusi diqqət yetirilən “Legionella pneumophila” bakteriyası da məhz soyutma və su sistemlərində çoxala bilir.
“Bu bakteriya legionellyoz adlı ağır pnevmoniyaya səbəb olur. Xəstəlik daha çox iri binaların ventilyasiya və iqlim sistemləri, hotellər və ticarət mərkəzləri ilə əlaqələndirilir. Əsas risk kondisionerin soyuqluğunda deyil, avadanlığın gigiyenik baxımının düzgün aparılmamasındadır”, - deyə o əlavə edib.
Müəllif: Adəm
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi




































