Sağlamlıq
Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi
Alimlər xüsusilə də yaşlılar arasında populyar olan B12 vitamini ilə bağlı gözlənilməz təhlükələr barədə xəbərdarlıq ediblər.
Publika.az xəbər verir ki, B12 vitamininin qəbulu üzrə mövcud tövsiyələrin beyin üçün təhlükəli olduğu üzə çıxıb.
Kaliforniya Universitetinin San-Fransiskodan olan alimləri yaşlılarda hətta "normal" B12 vitamini səviyyələrinin belə beyin funksiyasının pisləşməsi əlamətləri ilə əlaqəli ola biləcəyini aşkarlayıblar.
Vitaminin aktiv forması aşağı səviyyədə olduqda insanlarda düşüncənin yavaşladığı, görmə qabiliyyətinin pisləşdiyi və beyindəki ağ maddənin daha ağır şəkildə zədələndiyi müşahidə olunub.
Tədqiqatın nəticələri "Annals of Neurology" jurnalında dərc edilib.
Bildirilib ki, Vitamin B12 DNT-nin, qırmızı qan hüceyrələrinin əmələ gəlməsində və sinir toxumasının saxlanmasında iştirak edir. Bu vitaminin çatışmazlığı uzun müddətdir anemiya və nevroloji xəstəliklərlə əlaqələndirilir. Lakin yeni tədqiqatlar göstərir ki, tövsiyə edilən mövcud hədlər sinir sistemindəki erkən dəyişiklikləri əks etdirməyə bilər.
Müəlliflər orta yaşı 71 olan 231 iştirakçının məlumatlarını təhlil ediblər. Heç bir könüllü demensiya və yüngül koqnitiv pozğunluqdan əziyyət çəkməyib. Onlarda qanda B12 vitamininin orta səviyyəsi 414,8 pmol/L olub (Bu, ABŞ-da çatışmazlıq həddi hesab edilən 148 pmol/L-dən təxminən üç dəfə çoxdur). Lakin tədqiqatçılar ümumi B12 vitaminini deyil, onun bioloji aktiv formasını qiymətləndiriblər. Aktiv B12 vitamini səviyyəsi aşağı olan iştirakçılar informasiya emalı sürəti testlərində daha pis nəticələr göstəriblər. Bundan əlavə, onlar vizual stimullara qarşı daha yavaş reaksiyalar nümayiş etdiriblər. MRT başqa bir reallığı da ortaya qoyub: aktiv B12 səviyyəsi aşağı olan insanlarda ağ maddə lezyonlarına tutulma ehtimalı daha yüksək idi. Bu cür dəyişikliklər idrak geriləməsi, demans və insult riskinin artması ilə əlaqələndirilir. Qeyd edilir ki, tədqiqat zamanı yaş, cins, təhsil və ürək-damar risk faktorları nəzərə alınıb.
Tədqiqat rəhbəri Ari Qrinin sözlərinə görə, çatışmazlıq meyarlarının yenidən nəzərdən keçirilməsi idrak geriləməsi risklərini daha erkən müəyyən etməyə kömək edə bilər.
Tədqiqatçılar qeyd ediblər ki, yaşlı insanlar xüsusilə həssasdırlar: vitaminlərin mənimsənilməsi yaşla azalır. Müəyyən dərmanlar, mədə-bağırsaq xəstəlikləri və pəhrizlər də riski artırır.
Ləman
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi




































