Sağlamlıq
Qripdən sonra faciə: 14 yaşlı qız bir anda iflic oldu
Böyük Britaniyada məktəbli qız keçirdiyi qripdən sonra boynundan aşağı iflic olub.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Bildirilir ki, 14 yaşlı Leksi Braun 2025-ci ilin dekabrında qripə yoluxub. Yeniyetmədə yüksək hərarət və güclü başgicəllənmə müşahidə olunub. Bir neçə gün sonra isə qız anasına dözülməz ağrılar içində zəng edib. Ana evə qayıdanda təcili yardım əməkdaşları artıq Leksinin həyatını xilas etməyə çalışırmış.
Məktəbli təcili xəstəxanaya çatdırılıb və süni komaya salınıb. Beş gün sonra həkimlər ailəyə onun onurğa insultu keçirdiyini bildiriblər. Həkimlərin ehtimalına görə, buna səbəb məhz keçirdiyi qrip olub.
Komadan ayıldıqdan sonra Leksi nə yeriyə, nə danışa, nə də müstəqil nəfəs ala bilib. Hazırda o, hələ də xəstəxanada müalicə alır və gecələr süni tənəffüs aparatından istifadə edir.
Anasının sözlərinə görə, xəstəlikdən əvvəl Leksi tam sağlam idi, teatrla maraqlanır və müğənni olmağı arzulayırdı. Qız üçün ən ağır zərbələrdən biri isə səsini itirməsi olub.
Hazırda ailə onun reabilitasiyası, fizioterapiyası və əlil arabasına uyğun ev şəraitinin qurulması üçün ianə toplayır. Həkimlər ümid edirlər ki, zamanla Leksi hərəkət qabiliyyətinin bir hissəsini bərpa edə biləcək.
Adəm
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi




































