Sağlamlıq
170 manata satılan “müalicəvi qolbaqlar” həqiqətən şəkər və təzyiqi salır? - Həkimdən açıqlama
Sosial şəbəkələrdə şəkər təzyiq salan qolbaq elanları var.
Publika.az xəbər verir ki, satış edən şəxsin sözlərinə görə, həmin qolbaq insan səhhətində bəzi problemlərin baş verməsinin qarşısını alır. Bu qolbağın isə qiyməti nə az, nə çox 170 manatdır.
Satıcılar iddia edir ki, bu bilərzik dərmansız sağlamlığımızı normada saxlaya bilir. Vətəndaşlar arasında bu məhsulların reallığına inananlar da var, inanmayanlar da.
Məsələ ilə bağlı həkim Adil Qeybulla bildirib ki, şəkərli diabet və yüksək təzyiq kimi xəstəliklər daimi nəzarət tələb edir:
"Müalicəsi labarator nəticələri və həkim məsləhəti ilə müəyyən edilir. Heç bir qolbaq bu xəstəlikləri tənzim edə bilməz. Bunlar hamısı propanasiyalardır. İnternet üzərindən təbliğ olunan dərmanlar və ya bu cür vasitələrə əhali inanmamalıdır".
Qeyd edək ki, sağlamlıqla bağlı qərarlar sosial şəbəkələrdə olan reklamlarla deyil, həkim məsləhəti ilə müəyyən edilməlidir. (Milli.az)
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi




































