Sağlamlıq
Yaşlı insanlarda yaranan spesifik qoxunun səbəbi açıqlandı: Qarşısını almaq mümkündür
Yaşlı insanlarla assosiasiya olunan spesifik bədən qoxusu orqanizmdə oksidləşdirici stress və hormonal dəyişikliklərlə əlaqədardır.
Publika.az xəbər verir ki, bu barədə nutrisioloq Mişel Sends "Yahoo"ya danışıb.
Ekspertin sözlərinə görə, yaş artdıqca orqanizmin antioksidant müdafiəsi zəifləyir, hormon səviyyələri dəyişir və nəticədə dəri oksidləşdirici stressə qarşı daha həssas olur. Bu isə kif və yağ qoxusunu xatırladan spesifik iyin yaranmasına səbəb olur.
Mişel Sends bildirib ki, bu qoxunun əsas səbəbi yağ turşularının oksidləşməsi zamanı yaranan “2-nonenal” adlı maddədir. Həmin maddə dəridən çətin təmizlənir və proses gigiyena çatışmazlığı ilə deyil, orqanizmdə yaşla bağlı dəyişikliklərlə əlaqəlidir.
Nutrisioloq oksidləşdirici stressi və buna bağlı qoxunu azaltmaq üçün bir sıra tövsiyələr də verib. O, keyfiyyətli yuxu, əzələ kütləsinin artırılması, alkoqol istifadəsinin azaldılması və antioksidantlarla zəngin qidalanmanın vacib olduğunu vurğulayıb.
Ekspert xüsusilə parlaq rəngli giləmeyvələrin, yaşıl çayın, omeqa-3 yağ turşuları ilə zəngin balığın, həmçinin brokoli və sarımsaq kimi tərəvəzlərin rasiona daxil edilməsini məsləhət görüb. Emal olunmuş qidaların azaldılmasının da faydalı olduğu qeyd edilib.
Mişel Sends əlavə edib ki, bədən qoxusundakı qəfil dəyişiklikləri yalnız yaşlanma ilə əlaqələndirmək düzgün deyil. Onun sözlərinə görə, bu cür dəyişikliklər maddələr mübadiləsi problemlərinin və ya müxtəlif xəstəliklərin əlaməti ola bilər.
Adəm
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi




































