Sağlamlıq
Bunu izləyənlər suşi yeməkdən qorxacaq - VİDEO
Son illərdə ölkəmizdə yapon mətbəxinə, o cümlədən suşinin müxtəlif növlərinə maraq artır. Ancaq bu məhsul düzgün şəraitdə hazırlanmadıqda insan sağlamlığı üçün təhlükəyə çevrilə bilər.
Bəs vətəndaşlar suşi sifariş edərkən nələrə diqqət etməlidirlər?
İnfeksionist Aytən Ziyadova mövzu ilə bağlı Baku TV-yə açıqlamasında bildirib ki, suşi düzgün hazırlanmadıqda, saxlanılmadıqda və ya xəstə balıqlardan istifadə olunduqda insanlara parazitar və yoluxucu xəstəliklər keçə bilər: "Xüsusilə risk qrupuna daxil olan şəxslər bu xəstəliklərə daha tez yoluxurlar. Bunlara immun sistemi zəif olan insanlar, onkoloji xəstələr, hamilə qadınlar və xroniki xəstəlikdən əziyyət çəkənlər daxildirlər. Qanlı ishal, halsızlıq, ürəkbulanma və qusma kimi əlamətlər müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır".
Qida mütəxəssisi Seymur Qafarov isə məsələyə belə münasibət bildirib: "Suşi hazırlandıqdan sonra maksimum 1-1.5 saat ərzində istehlak edilməlidir. Düyü və digər inqrediyentlərin bir-birinə həddindən artıq yapışması məhsulun əvvəlcədən hazırlandığını və keyfiyyətini itirdiyini göstərir. Restoranlarda suşi hazırlanarkən istifadə olunan çiy balıq daimi olaraq 0 ilə +4 dərəcə arasında saxlanılmalıdır. Uzunmüddətli saxlanma üçün isə məhsul ən azı -20 dərəcədə dondurulmalıdır".
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz




































