Sağlamlıq
Bir saatda 1 litrdən çox su içməyin: Ölümə aparan təhlükə
Həddindən artıq su qəbulu insan orqanizminə ciddi zərər vura və hətta ölümə səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə terapevt Nadejda Çernışova "Life.ru"ya danışıb.
Həkimin sözlərinə görə, sağlam insan üçün bir saat ərzində qəbul edilə bilən maksimum su miqdarı 1 litrdir. O, təhlükəsizlik baxımından bu həddi 0,8 litrlə məhdudlaşdırmağı tövsiyə edib.
Nadejda Çernışova bildirib ki, normadan artıq su içildikdə maye orqanizmdə toplanır, qanın və hüceyrədaxili mayelərin tərkibi durulaşır, nəticədə natrium da daxil olmaqla duzların konsentrasiyası azalır. Bu vəziyyət hiponatremiya, suyun həddindən artıq yığılması isə hiperhidratasiya və ya su intoksikasiyası adlanır.
Ekspert qeyd edib ki, qanda natriumun azalması nəticəsində su hüceyrələrə dolur, onlar şişir və hətta məhv ola bilər. Bu isə bir sıra ağır pozuntulara və ölümcül nəticələrə gətirib çıxarır.
Onun sözlərinə görə, ilk növbədə beyin zərər görür. Beyin hüceyrələrinin şişməsi beyin ödeminə səbəb olur. Kəllə qutusu daxilində yerləşən beynin genişlənmək imkanı olmadığından həyati vacib strukturlar sıxılır.
Həkim əlavə edib ki, həddindən artıq su əzələ hüceyrələrinin parçalanmasına da səbəb ola bilər. Bu zaman əzələ zülalı olan mioqlobin qana qarışaraq böyrək kanallarını tıxayır və kəskin böyrək çatışmazlığı yaradır.
Çernışovanın sözlərinə görə, artıq suyun digər təhlükəli nəticəsi ağciyər ödemidir. Maye ağciyər alveollarına dolduqda insan sanki daxildən boğulmağa başlayır.
Adəm
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz




































