Sağlamlıq
Ürəyinizin sağlamlığı üçün bu meyvəni səhər yeməyinə əlavə edin - Həkim tövsiyəsi
Kardioloq Sara Aleksander ürək sağlamlığını qorumaq üçün səhər yeməyinə avokado əlavə etməyi məsləhət görüb.
Publika.az xəbər verir ki, həkimin sözlərinə görə, avokado xolesterinin səviyyəsini azaltmağa və arterial təzyiqi normada saxlamağa kömək edir. Araşdırmalar göstərib ki, həftədə ən azı iki porsiya avokado yeyən insanlar ürək-damar xəstəlikləri və ürəyin işemik xəstəliyi ilə daha az qarşılaşırlar.
Mütəxəssis bildirib ki, avokadonun faydalı təsiri onun tərkibindəki bitki sterolları ilə bağlıdır. Bu maddələr xolesterinin səviyyəsini aşağı salaraq ürək-damar xəstəliklərinin profilaktikasına kömək edir. Meyvənin tərkibində həmçinin antioksidantlar, E vitamini və damarların sağlamlığını dəstəkləyən digər faydalı mikro və makroelementlər mövcuddur.
Sara Aleksander avokadonun yüksək lif tərkibini də üstünlüklərdən biri kimi göstərib. Onun sözlərinə görə, yarım avokado gündəlik tövsiyə olunan qida lifinin təxminən dörddəbirini təmin edir. Bundan əlavə, avokadoda kaliumun miqdarı banandan daha çoxdur ki, bu da orqanizmin artıq duzun qan təzyiqinə mənfi təsirinə qarşı mübarizəsinə kömək edir.
Adəm
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz




































