Sağlamlıq
Beyin sağlamlığı üçün ən dağıdıcı vərdiş - Nevroloq xəbərdarlıq etdi
"Meditsina" Səhmdar Cəmiyyətinin (akademik Roytberq klinikası) nevroloqu Qalina Çudinskaya beyin sağlamlığı üçün ən dağıdıcı vərdişi açıqlayıb.
Publika.az xəbər verir ki, həkim bu barədə Lenta.ru-ya müsahibəsində xəbərdarlıq edib.
Mütəxəssis bildirib ki, uzunmüddətli siqaret çəkmək davamlı koqnitiv pozuntular və demensiya riskini ən çox artıran amildir. Çudinsaya izah edib ki, tütün tüstüsü damar spazmı yaradır, beyin qan dövranını pisləşdirir və toxumaların oksigenlə təchizatını azaldır. Bu, zamanla neyronların funksiyasının pozulmasına, beynin daha tez yorulmasına və yavaş bərpasına səbəb olur.
Həkimin sözlərinə görə, ilk növbədə diqqət, təfəkkür sürəti, işçi yaddaş və qərar qəbul etmə qabiliyyəti zərər görür. İnsan daha çətin konsentrasiya olur, fikri tez yayınır, informasiyanı daha yavaş emal edir və zehni işə daha gec uyğunlaşır. Həmçinin, tədricən öyrənmə qabiliyyəti və təfəkkürün çevikliyi azalır.
"Uzunmüddətli siqaret çəkmək fonunda beynin boz maddəsinin həcmi azalır, damarların vəziyyəti pisləşir, neyron əlaqələri zədələnir və neyrodegenerativ proseslərin riski artır. Bu, həmişə dərhal hiss olunmur, lakin zamanla yaddaşa, reaksiya sürətinə və gərginliyə davamlılığa mənfi təsir göstərir", - deyə Çudinskaya xəbərdarlıq edib.
Həkim qeyd edib ki, gənc siqaret çəkənlərdə diqqət və reaksiya problemləri daha tez özünü göstərir, yaşlılarda isə demensiya və damar pozuntuları riski sürətlə artır. O, passiv siqaret çəkməyin də təhlükəli olduğunu, uzun müddət tütün tüstüsü ilə nəfəs almağın koqnitiv qabiliyyətlərin pisləşməsinə və demensiya riskinin artmasına səbəb olduğunu əlavə edib.
Hüseyn İbadlı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
























.jpg)













