Sağlamlıq
İnsanlar təhlükə altındadır - Hər il 1,5 milyon ölüm...
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş qidalar hər il dünyada təxminən 1,5 milyon insanın ölümünə səbəb olur.
Publika.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri 194 ölkənin 2000-ci ildən 2021-ci ilədək olan dövrə aid məlumatlarını təhlil etdikdən sonra bu nəticəyə gəliblər.
Hesabata əsasən, hər il təhlükəli qidaların istehlakı ilə əlaqədar xəstəliklər təxminən 886 milyon insanda qeydə alınır. Beş yaşınadək uşaqlar xüsusilə həssas qrup hesab olunurlar. Onlarda bu növ xəstəliklərlə qarşılaşma riski digər yaş qrupları ilə müqayisədə təxminən üç dəfə yüksəkdir.
Araşdırma göstərib ki, XXI əsrin əvvəlləri ilə müqayisədə qida zəhərlənmələrinin sayında ümumi azalma müşahidə olunsa da, dünyanın müxtəlif regionları arasında ciddi bərabərsizlik hələ də qalmaqdadır. Təhlükəli qidalarla bağlı yaranan bütün xəstəlik hallarının təxminən dörddə üçü, bu səbəbdən baş verən ölümlərin isə 60 faizə yaxını Afrika və Cənub-Şərqi Asiya ölkələrinin payına düşür.
Xəstəliklərin əsas hissəsinə bioloji çirkləndiricilər - bakteriyalar, viruslar və parazitlər səbəb olur. Təkcə 2021-ci ildə bu amillər təxminən 860 milyon qida infeksiyası və zəhərlənməsi halına yol açıb.
Bununla belə, ən yüksək ölüm riski qidaların kimyəvi çirklənməsi ilə bağlı olub. Mütəxəssislər ən təhlükəli maddələr sırasında ətraf mühitdən qida zəncirinə daxil ola bilən arsen və qurğuşunu xüsusi olaraq qeyd ediblər. (Oxu.az)
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
























.jpg)













