Sağlamlıq
Alimlər qocalmanın sirrini açdı: Yeni müalicə üsulları gəlir
ABŞ və digər ölkələrdən olan alimlər qocalmanın bütün canlılarda ortaq olan molekulyar əlamətlərini müəyyən ediblər.
Publika.az xəbər verir ki, araşdırmanın nəticələri nüfuzlu "Nature" jurnalında dərc olunub.
Tədqiqatçılar siçan, siçovul, makaka və insanlardan götürülmüş 11 mindən çox toxuma nümunəsini təhlil edərək qocalmanın ümumi bioloji mexanizmlərini aşkarlayıblar.
Araşdırma zamanı müxtəlif canlı növlərində və hüceyrə tiplərində yaş artdıqca eyni şəkildə dəyişən genlər müəyyən edilib. Xüsusilə CDKN1A və LGALS3 genləri diqqət çəkib. Mütəxəssislərin sözlərinə görə, bu genlərin fəaliyyəti erkən ölüm riskinin yüksəlməsi və bir neçə xroniki xəstəliyin eyni vaxtda inkişafı ilə əlaqəlidir.
Alimlər müəyyən ediblər ki, qocalma prosesi xroniki iltihab, hüceyrələrin tədricən funksiyalarını itirməsi, maddələr mübadiləsinin zəifləməsi və DNT zədələrinin toplanması ilə müşayiət olunur.
Hüceyrələr və heyvanlar üzərində aparılan təcrübələr göstərib ki, bəzi müdaxilələr bu prosesləri ləngidə və ya qismən geri çevirə bilər. Bunlara hüceyrələrin yenidən proqramlaşdırılması, gənc və yaşlı orqanizmlərin qan dövranının birləşdirilməsi yolu ilə cavanlaşdırma və embrion inkişafının ilkin mərhələləri daxildir.
Tədqiqatçılar qocalmanın dəqiq qiymətləndirilməsi üçün xüsusi alqoritm - "qocalma saatları" hazırlayıblar. Bu sistem hüceyrələrdə gedən müxtəlif proseslərin "yaşını" müəyyən etməyə və orqanizmin hansı hissələrinin daha sürətlə qocaldığını göstərməyə imkan verir.
Məlum olub ki, xroniki xəstəliklər iltihab vasitəsilə qocalmanı sürətləndirir. Eyni zamanda kalorisi məhdudlaşdırılmış qidalanma rejimi və Klotho geninin aktivliyinin azaldılması mitoxondrilərin fəaliyyətini və maddələr mübadiləsini yaxşılaşdırmağa kömək edir.
Alimlərin fikrincə, əldə olunan nəticələr gələcəkdə qocalmanı ləngidən və hüceyrə səviyyəsində sağlamlığı qoruyan yeni müalicə üsullarının hazırlanmasına zəmin yarada bilər.
Adəm
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
























.jpg)













