Sağlamlıq
Depressiya ürək xəstəlikləri riskini artırır - Araşdırma
Alimlər depressiya ilə ürək-damar xəstəlikləri arasında güclü əlaqə aşkar ediblər.
Publika.az xəbər verir ki, Amsterdam Tibb Mərkəzinin apardığı araşdırmaya görə, depressiya və ürək xəstəlikləri ortaq genetik səbəblərə malik ola bilər.
Mütəxəssislər müəyyən ediblər ki, depressiya ürək-damar xəstəliklərinin inkişaf riskini artırır. Lakin ürək xəstəliklərinin psixi pozuntulara səbəb olduğunu təsdiqləyən kifayət qədər sübut tapılmayıb.
Araşdırmaya əsasən, xroniki depressiya stress hormonlarının səviyyəsini yüksəldərək arterial təzyiqin artmasına və ürək döyüntülərinin sürətlənməsinə səbəb olur. Depressiyanın müalicəsi isə çox vaxt ürək-damar sisteminin vəziyyətinə də müsbət təsir göstərir.
Alimlər bildiriblər ki, hər iki xəstəliyin yaranmasında xroniki stress, əlverişsiz həyat şəraiti və aşağı sosial-iqtisadi status da mühüm rol oynayır.
Qeyd edək ki, tədqiqat nəticələri "Nature Cardiovascular Research" jurnalında dərc olunub.
Müəllif: Roza
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
























.jpg)













