Sağlamlıq
Xərçəngin qarşısını erkən alacaq böyük addım: mRNA vaksini lisenziya aldı
Böyük Britaniyanın dərman tənzimləyici orqanı ABŞ-ın biotexnologiya şirkəti "Moderna"ya "Linç" sindromuna qarşı eksperimental vaksin sınaqlarına başlamaq üçün icazə verib.
Publika.az xəbər verir ki, bu barədə şirkətin məlumat yayıb.
Bildirilir ki, klinik sınaqlar 2026-cı ilin yayında başlayacaq. Vaksin mRNA texnologiyası əsasında hazırlanıb və məqsədi immun sistemini mutasiyaya uğramış hüceyrələri erkən mərhələdə tanıyıb məhv etməkdir - yəni şiş yaranmadan əvvəl müdaxilə etmək.
Qeyd edək ki, "Linç" sindromu irsi xarakter daşıyan və xərçəng riskini ciddi şəkildə artıran genetik xəstəliklərdən biridir. Statistikaya görə, bu sindrom təxminən hər 300 nəfərdən birində rast gəlinir. Xəstəlik DNT-nin bərpasına cavabdeh genlərdə mutasiyalarla bağlıdır və hüceyrələrin bölünmə zamanı səhvləri düzəltmə qabiliyyətini zəiflədir. Nəticədə bədxassəli şişlərin yaranma riski artır.
Məlumata görə, sınaqlar vaksinin effektivliyini və təhlükəsizliyini qiymətləndirməyə yönələcək.
Eyni zamanda, Rusiyada da xərçəngə qarşı yeni vaksin layihələri gündəmdədir. Federal Tibbi-Bioloji Agentliyin rəhbəri Veronika Skvortsova bildirib ki, qlioblastoma əleyhinə peptid və mRNA vaksinlərinin istifadəyə verilməsi 2026-cı ildə planlaşdırılır. İlk preparat peptid əsaslı olacaq və “Gliopept” adlandırılacaq. Federal Tibbi-Bioloji Agentlik bu istiqamətdə klinik mərhələyə yaxınlaşdığını açıqlayıb.
Mütəxəssislərin fikrincə, bu cür vaksinlər gələcəkdə xərçəngin profilaktik müalicəsində inqilabi dəyişikliklər yarada bilər.
Adəm
-
Rəsmi xronika11:23İlham Əliyev Zaur Əhmədovu səfir vəzifəsindən geri çağırdı
-
Rəsmi xronika09:43Prezident: Naxçıvanda yeni nəqliyyat dəhlizləri yaradılır - VİDEO
-
ABŞ09:12ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı
-
MDB09:00Xəzər pələngi vəhşi təbiətə qaytarılır
-
Sosial08:36Bu rayonların bir hissəsi qazsız qalacaq
-
Qadın08:00Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ
-
İdman06:46Superkompüter La Liqanın favoritini açıqladı
-
Magazin106:1651 yaşlı məşhur aktrisadan bikinili pozalar - FOTO


























.jpg)



.jpg)








