Sağlamlıq
Qadınlarda bel niyə qalınlaşır? - Həkim səbəbi açıqladı
Qadınlarda qarın nahiyəsində çəkinin artması çox vaxt menopauzaya yaxınlaşma (qadınlarda aybaşı dövrünün tamamilə dayanması və reproduktiv dövrün başa çatması) ilə əlaqəli olur.
Publika.az xəbər verir ki, bu barədə terapevt Əmir Xan "Daily Mirror"a müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, menopauzadan əvvəl qadınlarda piy toxuması əsasən omba, sağrı və ayaq nahiyəsində toplanır ki, bu da normal və sağlamlıq üçün faydalı hesab olunur. Lakin yaş artdıqca hormonal fon dəyişir və nəticədə piylərin bədəndə paylanması da fərqli şəkildə baş verir.
Əmir Xan bildirib ki, bu dövrdə artıq çəki daha çox bel və bədənin yuxarı hissəsində toplanmağa başlayır. Məhz buna görə bir çox qadın əvvəlki incə bel quruluşunu itirdiyini müşahidə edir.
Həkim vurğulayıb ki, bu dəyişikliklər həyatın təbii mərhələsidir. “Bu, normaldır, təbiidir və yetkin qadın olmağın bir hissəsidir”, - deyə o qeyd edib.
Mütəxəssis əlavə edib ki, perimenopauza və menopauza dövründə çəki artımı kifayət qədər geniş yayılmış haldır.
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
























.jpg)













