Sağlamlıq
Arıqlamaq üçün istifadə edilən bu dərmanlar təhlükə yaradır - Həkimdən xəbərdarlıq
Son vaxtlar arıqlama dərmanları ideal bədən quruluşuna can atan insanlar arasında sürətlə populyarlaşsa da, onların həkim nəzarəti olmadan istifadəsi mədə-bağırsaq sisteminə ciddi zərər vura bilər.
Publika.az xəbər verir ki, bu barədə həkim Dmitri Karpenko "NEWS.ru"ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, semaqlutid (şəkərli diabet və piylənmənin müalicəsində istifadə olunan dərman maddəsi - red.) əsaslı preparatlar və bu qrupa daxil olan digər vasitələr əvvəlcə şəkərli diabet xəstələrinin müalicəsində geniş tətbiq olunurdu. Hazırda isə onlar piylənmənin müalicəsində də aktiv şəkildə istifadə edilir.
"Hazırda bu preparatlar getdikcə daha çox həkim təyinatı olmadan alınır. Bu isə yolverilməz və potensial təhlükəli haldır", - deyə mütəxəssis vurğulayıb.
Həkim qeyd edib ki, bəzi insanlar mədə və ya bağırsaqlarda gizli iltihabi xəstəliklərin mövcudluğundan xəbərsiz olur. Belə hallarda preparatların həzm sisteminin fəaliyyətini ləngitməsi xəstəliyin kəskinləşməsinə səbəb ola bilər.
Karpenkonun sözlərinə görə, bu dərmanlardan istifadə edənlərdə ən çox qəbizlik, qarında ağırlıq hissi və ürəkbulanma müşahidə olunur.
Mütəxəssis xoşagəlməz əlamətləri azaltmaq üçün gün ərzində az-az və tez-tez qidalanmağı, həmçinin rasiona diqqət yetirməyi tövsiyə edib. O bildirib ki, əsas məqsəd çəkinin azalması və qəbul edilən qida miqdarının nəzarətdə saxlanılmasıdır.
Həkim əlavə edib ki, sadalanan əlamətlər aradan qalxmırsa, mütləq həkimə müraciət etmək lazımdır.
Adəm
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
























.jpg)













