Sağlamlıq
Mədədəki bu bakteriya qaraciyəri də məhv edir
Mədə qastriti və xorasının əsas səbəblərindən biri hesab olunan Helikobakter pilori bakteriyası qaraciyərin piylənməsi riskini də artıra bilər.
Publika.az xəbər verir ki, Çin alimləri belə nəticəyə gəliblər.
"Frontiers in Nutrition" jurnalında dərc olunan tədqiqat çərçivəsində alimlər təxminən 6 min nəfərin məlumatlarını təhlil ediblər. Araşdırmada həm Çin klinikalarından olan 1000-dən çox pasiyentin, həm də ABŞ-ın NHANES proqramında iştirak edən 5 minə yaxın şəxsin göstəriciləri öyrənilib.
Mütəxəssislər Helikobakter pilori infeksiyasının mövcudluğunu və metabolik pozğunluqlarla əlaqəli qaraciyərin piylənməsi xəstəliyinin (MASLD) əlamətlərini qiymətləndiriblər. Bu xəstəlik zamanı qaraciyərdə yağ toplanır ki, bu da iltihab, sirroz və digər ciddi fəsadların yaranması riskini artırır.
Təhlilin nəticələrinə görə, Helikobakter pilori bakteriyasına yoluxmuş şəxslərdə qaraciyərin piylənməsi ehtimalı əhəmiyyətli dərəcədə yüksək olub. Alimlər bildiriblər ki, yaş, cins, bədən kütlə indeksi, şəkərli diabet və xolesterin səviyyəsi kimi amillər nəzərə alındıqdan sonra da bu əlaqə özünü qoruyub saxlayıb.
Tədqiqat müəlliflərinin fikrincə, bakteriya maddələr mübadiləsinə təsir göstərə və orqanizmdə xroniki iltihabı gücləndirərək xəstəliyin inkişafına şərait yarada bilər.
Adəm
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
























.jpg)













