Sağlamlıq
“Kondisioner xəstələndirir” fikrinə həkimdən cavab: Əslində səbəb...
Kondisionerlərin soyuqdəymənin əsas səbəbi olması ilə bağlı yayılan fikirlərə aydınlıq gətirilib.
Publika.az xəbər verir ki, bununla bağlı açıqlamanı terapevt-həkim Oleq Abakumov verib.
Onun sözlərinə görə, insanları xəstələndirən kondisioner deyil, viruslardır. Kondisioner yalnız orqanizmin müdafiə gücünü müvəqqəti zəiflədə bilər və əgər virus artıq orqanizmə daxil olubsa, xəstəliyin “tətikləyicisi” rolunu oynaya bilər. Lakin bu, xəstəliyin birbaşa səbəbi deyil.
Həkim bildirib ki, kondisionerlərin yaratdığı daha real risk soyuqdəymə yox, miozitdir. Bu, soyuq hava təsiri nəticəsində damar spazmı və əzələ toxumasında iltihabın yaranması ilə xarakterizə olunur.
Abakumovun sözlərinə görə, kondisioner altında yatmaq müəyyən qaydalara əməl olunduqda təhlükəli deyil, əksinə, faydalı ola bilər. Otaq temperaturu 22 dərəcədən aşağı düşməməli, hava axını birbaşa insana yönəlməməlidir. Ventilyator minimum rejimdə işləməli, lazım olduqda isə nəmləndirmə təmin edilməlidir.
Mütəxəssis həmçinin xəbərdarlıq edib ki, otaqdakı temperatur fərqi çöldəki hava ilə 5-7 dərəcədən çox olmamalıdır. Kondisionerin filtrləri 2-3 həftədən bir təmizlənməli və ya dəyişdirilməli, ildə bir dəfə isə texniki baxışdan keçirilməlidir.
Bundan əlavə, kondisionerin havanı qurutduğunu deyən həkim otaqda rütubətin 40-60 faiz səviyyəsində saxlanılmasını, hər 2-3 saatdan bir isə mütləq havalandırma aparılmasını tövsiyə edib.
Adəm
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı























.jpg)














