Sağlamlıq
Günün bu saatlarında özünüzü Günəş şüalarından qoruyun
Günəş şüasından yaranan yanıqlar dəri xərçəngi riskini artırır. Ona görə də yayda günün pik saatlarında - səhər saat 11-dən axşam saat 4-ə qədər günəş şüalarından çəkinmək sağlamlığınız üçün ən yaxşı seçimdir.
Publika.az xəbər verir ki, bunu Sankt-Peterburqdakı "Bud Zdorov" klinikasının həkimi Yana Novikova yerli mediaya açıqlamasında deyib.
O qeyd edib ki, həssas dəriyə malik qulaqlar və burun gəzərkən daim günəş şüalarına məruz qalır: "Onlar çıxıntılı bədən üzvləridir və nadir hallarda hansısa sipər və ya günəş eynəyi ilə şüalardan müdafiə olunurlar. Günəşin şüalarından qoruyan kremlər isə yanaqlara və ya alına nisbətən buruna daha az və daha nazik şəkildə çəkilir. Tədqiqatlar göstərir ki, baş və boyun melanomalarının 7%-ə qədəri qulaqlarda yaranır və burun ilə qulaqların dərisi çox vaxt melanoma olmayan dəri xərçənglərinin (bazal hüceyrəli karsinoma, skuamöz hüceyrəli karsinoma) yarandığı yerə çevrilir".
Günəş yanığı adlanan problem sadəcə dəridə yaranmış adi fərqli rəng, müvəqqəti qırmızı görüntü kimi qəbul edilməməlidir. Bu, bədənin bərpa etməyə çalışdığı ciddi hüceyrə zədələnməsidir. Əgər belə bir zədə geniş yayılsa və illər ərzində toplanarsa, hüceyrə bərpasında meydana çıxan "səhvlər"lə bağlı risk artır. Bu həm də bədxassəli transformasiya riskini artırır: "Genişmiqyaslı araşdırmalar göstərir ki, uşaqlıq və ya yeniyetməlik dövründə baş vermiş bir ağır yanıq, sonrakı həyat mərhələsində melanoma riskini ikiqat artırır və ömür boyu beş və ya daha çox olan ağır yanıqlar isə dəri xərçəngi riskini əhəmiyyətli dərəcədə artırır".
Müəllif: Tural
-
Magazin220:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO












.jpg)

















.jpg)




