Sağlamlıq
Ebola virusu surətlə yayılır - Təsdiqlənmiş yoluxma 710 oldu
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasının şimal-şərqində Ebola virusunun yayılmasının davam etməsi ilə bağlı ciddi narahatlığını bildirib. Son məlumatlara görə, təsdiqlənmiş yoluxma hallarının sayı 710-a, ölənlərin sayı isə ən azı 149-a çatıb.
Publika.az İsveçin “Expressen” nəşrinə istinadla xəbər verir ki, son 24 saat ərzində daha 21 yeni yoluxma halı aşkarlanıb.
Xəstəxanalarda və təcridxanalarda yüzlərlə xəstə var, mütəxəssislər hesab edirlər ki, yoluxma və ölüm hallarının faktiki sayı rəsmi rəqəmlərdən xeyli çox ola bilər. Yoluxma hallarının artması ilə mübarizə aparmaq üçün ÜST və ölkə hakimiyyəti təxminən 550 milyon dollara başa gələn genişmiqyaslı proqrama başlayıb. Əsas məqsəd infeksiyanın yayılmasının qarşısını almaq, yeni yoluxma hallarını müəyyən etmək və əhalini qorumaqdır.
Yoluxma hallarının 93 faizi İturi əyalətində qeydə alınıb, lakin virus Şimali və Cənubi Kivu da daxil olmaqla digər bölgələrə yayılmağa davam edir. Qonşu Uqandada da yoluxma halları qeydə alınıb, burada 19 yoluxma və iki ölüm hadisəsi təsdiqlənib.
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı























.jpg)














