Sağlamlıq
Gizli təhlükə yayılır: Milyonlarla insan bilmədən bu xəstəliyi daşıyır - Xəbərdarlıq
Ümumi praktik həkim Dominik Qrenye bildirib ki, dünyada milyonlarla insan prediabet vəziyyətində olsa da, bundan xəbərsizdir.
Publika.az xəbər verir ki, o, bu barədə britaniyalı nəşr olan "Daily Mirror"a açıqlamasında danışıb.
Mütəxəssisin sözlərinə görə, prediabet qanda şəkərin artıq normadan yüksək, lakin diabet diaqnozu qoymaq üçün kifayət etməyəcək səviyyədə olduğu mərhələdir. Bu vəziyyətin ən təhlükəli tərəfi isə demək olar ki, heç bir açıq simptom verməməsidir. Buna görə də bir çox insan problemi yalnız planlı tibbi müayinələr zamanı öyrənir.
“Prediabet riskli bir vəziyyətdir, lakin onu geri çevirmək mümkündür”, - deyə Qrenye vurğulayıb.
Onun sözlərinə görə, erkən aşkar etmə sayəsində qan şəkərinin normal tənzimlənməsini bərpa etmək və daha ciddi xəstəliklərin qarşısını almaq olar.
Həkim risk qrupuna daxil olan - artıq çəkisi olan, yüksək təzyiqdən əziyyət çəkən və ya ailəsində diabet tarixi olan şəxslərə mütəmadi müayinə olunmağı tövsiyə edib.
O, həmçinin daha çox hərəkət etməyi, qidalanmada tərəvəz və meyvələrə üstünlük verməyi, lazım gəldikdə çəki azaltmağı məsləhət görüb.
Müəllif: Adəm
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı























.jpg)














