Sağlamlıq
Satışa çıxarılan qarpızlar... - Mütəxəssislərdən xəbərdarlıq
Paytaxtda yerli istehsal olan qarpız satışa çıxarılıb. Əsasən Sabirabad rayonunda yetişdirilən qarpızın bir kiloqramı 80 qəpiklə bir manat arasında təklif olunur. Satıcılar deyir ki, 15 gün öncəyə kimi əsasən İrandan gətirilən qarpız satılırdı. Hazırda daha çox yerli qarpız satılır.
Publika.az xəbər verir ki, mövzu ilə bağlı "Azad Azərbaycan" (ATV) telekanalı videomaterial hazırlayıb.
Alıcıların bəziləri qiymətin baha olmasından narazıdır, bəziləri isə qiymətin münasib olduğunu bildirir.
Qida üzrə mütəxəssis Eyyub Hüseynov deyir ki, qarpız alarkən diqqətli olmaq lazımdır ki, sonradan zəhərlənmə olmasın:
"Nitratların miqdarı 60 milliqramdan çox olanda, əgər ondan çox istifadə olunarsa, zəhərlənmə verə bilər. İstehlakçılar bilməlidirlər ki, nitratlanmış qarpızlar çox böyük olur, qabığı qalın olur (təxminən yarım santimetrdən artıq), içərisi çəhrayı rəngdə olur və içərisində yoğun zoğlar olur. Bıçaq vuranda tez partlamır".
Satıcılar bildiriblər ki, bir neçə gündən sonra qarpız kütləvi satışa çıxarılacaq və bu zaman qiymətlərdə enmə müşahidə olunacaq.
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı























.jpg)














