Sağlamlıq
Mükəmməl səhər yeməyinin FORMULU AÇIQLANDI
Həkim-dietoloq, terapevt və nefroloq Reqina Axunyanova ideal səhər yeməyinin düsturunu açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə o, UfaTime.ru nəşrinə müsahibəsində məlumat verib.
Həkim səhər yeməyini “iltihab əleyhinə boşqab” prinsipi ilə yeməyi tövsiyə edib. Axunyanova izah edib ki, bu yemək zülal və lifi özündə birləşdirir. Onun sözlərinə görə, ideal səhər yeməyi istənilən zülal mənbəyindən, təxminən 250-300 qram tərəvəzdən və bir dilim tam taxıllı çörəkdən ibarətdir. Şirin yemək istəyənlərə isə həkim bir-iki ədəd xurma yeməyi məsləhət görüb.
Axunyanova əmin edib ki, belə bir yemək uzun müddət toxluq hissi yaradır, şirniyyata olan tələbatı azaldır, həmçinin iştahanı nəzarətdə saxlamağa və axşamlar artıq yeməməyə kömək edir. Həkim xüsusi olaraq qeyd edib ki, belə rasion həm çəki azaltmaq, həm də sağlamlığı qorumaq üçün uyğundur.
Hüseyn İbadlı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı























.jpg)














