Sağlamlıq
Ən sağlam giləmeyvələr hansılardır?
Yay mövsümündə giləmeyvələr həm dadlı bir təam, həm də vitamin və mineral mənbəyidir.
Publika.az Gazeta.ru-ya istinadla xəbər verir ki, uşaq endokrinoloqu və nutritsioloq Darya Xaykina yayda rasiona mütləq daxil edilməli olan giləmeyvələrin siyahısını təqdim edib.
Faydalı giləmeyvələrdən biri qaragilədir. O, tərkibindəki antosianlar sayəsində damar, beyin və görmə sağlamlığı üçün çox önəmlidir. Mütəxəssis qeyd edir ki, qaragilə internetdə vəd edildiyi kimi görməni bir həftəyə bərpa etməsə də, onu müntəzəm yemək vacibdir.
Digər populyar giləmeyvə isə çiyələkdir. Həkimin sözlərinə görə, çiyələyin əsas üstünlüyü yüksək C vitamini ehtiva etməsidir. Təxminən 100 qram çiyələk gündəlik C vitamini ehtiyacının böyük bir hissəsini ödəyə bilər. Bundan əlavə, çiyələk az kalorili olduğu üçün yayda şirniyyatlara yaxşı alternativdir.
C vitamini ilə zəngin olan digər bir giləmeyvə qarağatdır. O, həm də hüceyrələri zədələnmədən qoruyan antioksidantlarla zəngindir. Nutritsioloq qeyd edir ki, qarağat dondurulmağa davamlı olduğu üçün qış aylarına tədarük görmək məsləhətdir.
Mütəxəssis moruğu da bağırsaq fəaliyyətini yaxşılaşdıran və toxluq hissi verən liflə zəngin faydalı giləmeyvə adlandırıb. Moruğun nisbətən şirin olması yayda desertlərdən imtina etməyi asanlaşdırır.
Darya Xaykina albalının da faydalarına diqqət çəkib. Albalı fiziki yüklənmədən sonra orqanizmin bərpasına kömək edir və damar sağlamlığını qoruyur. Onu təzə halda yemək, sıyıqlara və kəsmikə əlavə etmək çox faydalıdır.
Hüseyn İbadlı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı























.jpg)














