Sağlamlıq
Siqaret çəkməyənlər də risk altındadır - Bu zəhərli maddə orqanizmə yığılır
Passiv siqaretçəkmə insan orqanizmində xərçəng və bir sıra xroniki xəstəliklərin riskini artıran kadmium adlı toksik ağır metalın toplanmasına gətirib çıxara bilər.
Publika.az xəbər verir ki, bununla bağlı 5066 nəfərin iştirak etdiyi tədqiqatda siqaret tüstüsünə məruz qalan insanların qanında kadmium səviyyəsi daha yüksək olub.
Güclü məruz qalma zamanı bu göstərici təxminən 1,5 dəfə artıb. Alimlər həmçinin müəyyən ediblər ki, qadınlarda kadmiumun orqanizmdə toplanması kişilərə nisbətən daha sürətlidir. Bunun səbəbi qadın orqanizminin bu metalı qida və ətraf mühitdən daha aktiv mənimsəməsi ilə izah olunur.
Mütəxəssislər bildirir ki, kadmium bədəndən çox yavaş xaric olunur və illərlə orqanizmdə qala bilir. Uzunmüddətli təsir isə böyrək zədələnməsi, sümük zəifləməsi, tənəffüs problemləri və ağciyər, böyrək və prostat xərçəngi riskinin artması ilə əlaqələndirilir.
Qeyd edək ki, araşdırma “Biological Trace Element Research” jurnalında dərc olunub.
Müəllif: Roza
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
























.jpg)













