Sağlamlıq
Hər kəs üçün faydalı olmayan meyvə - Mütəxəssisdən vacib xəbərdarlıq
Yay fəslinin ən çox istehlak edilən meyvələrindən biri olan ərik hər kəs üçün eyni dərəcədə faydalı deyil.
Publika.az xəbər verir ki, tibb elmləri doktoru, professor Svetlana Kanevskaya “Çempionat”a açıqlamasında bəzi insanlar üçün əriklərin ciddi risk yarada biləcəyini bildirib.
Onun sözlərinə görə, sağlam insanlar üçün gündə 2-4 ədəd təzə ərik təhlükəsiz və faydalıdır. Meyvə karotinoidlər, C və E vitaminləri, kalium və liflə zəngindir. Bu isə ürək-damar sistemini və həzm prosesini dəstəkləyir. Lakin risklər əsasən çəyirdəklər və qurudulmuş əriklərin həddindən artıq istifadəsi ilə bağlıdır.
Lakin bəzi qrup insanlar var ki, onlar ərikdən ya tamamilə imtina etməli, ya da ciddi şəkildə məhdudlaşdırmalıdır.
1. Allergiyası olan şəxslər
Əriyə və ya ağcaqayın tozcuğuna allergiyası olan insanlarda ağız allergik sindromu (qaşınma, dodaq və boğazda şişkinlik) yarana bilər. Bu halda çiy əriyin qəbulu yalnız həkim məsləhəti ilə mümkündür.
2. Xroniki böyrək xəstəliyi və hiperkaliemiya olanlar
Qurudulmuş əriklərdə kaliumun yüksək miqdarı böyrək çatışmazlığı olan xəstələr üçün təhlükə yarada bilər. Bu, qanda kaliumun normadan artıq artmasına səbəb olur.
3. Sulfit həssaslığı olan astma xəstələri
Sənaye üsulu ilə qurudulan əriklər çox vaxt kükürd dioksidi ilə emal edilir ki, bu da həssas insanlarda bronxospazm yarada bilər.
4. Ərik çəyirdəyi ilə müalicə aparanlar
Mütəxəssislər ərik çəyirdəyinin istifadəsini qəti şəkildə təhlükəli hesab edir. Çəyirdəkdəki amigdalin parçalandıqda sianid ayrılır və hətta bir neçə çiy çəyirdək zəhərlənməyə səbəb ola bilər.
5. Mədə-bağırsaq problemi olanlar
Qıcıqlanmış bağırsaq sindromu və iltihabi xəstəliklər zamanı ərikdəki lif və turşular şişkinlik, ishal və diskomfort yarada bilər.
Kanevskaya sonda qeyd edib ki, ərik yalnız balanslı qidalanma çərçivəsində və əks göstərişlər olmadıqda sağlamlıq üçün faydalı ola bilər.
Müəllif: Adəm
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
















.jpg)














.jpg)




