Sağlamlıq
Bu içkilər xərçəng riskini artırır
Bəzi zərərsiz kimi görünən içkilər xərçəng riskini artıra bilər.
Publika.az xəbər verir ki, bu barədə diyetoloq Andrea Urizar xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, ən riskli içkilər sırasında enerji içkiləri və “şəkərsiz” və ya “0 şəkər” etiketi ilə satılan qazlı içkilər yer alır. O bildirib ki, bu məhsulların bir çoxunda süni dadlandırıcı - xüsusilə aspartam istifadə olunur.
Urizarın açıqlamasına əsasən, həddindən artıq və davamlı istifadə hallarında aspartam qaraciyər xərçəngi riskinin artması ilə əlaqələndirilə bilər. Bununla belə, o vurğulayıb ki, risk birbaşa istehlak miqdarından və istifadə tezliyindən asılıdır.
“Əgər bir məhsulun tez-tez istifadəsinin müəyyən risk yaratdığını anlayırıqsa, bu, onu bir dəfə qəbul etməyin dərhal təhlükəli olması demək deyil”, - deyə diyetoloq qeyd edib.
Mütəxəssis həmçinin əlavə edib ki, əsas təhlükə nəzarətsiz və davamlı istifadə zamanı yaranır, tək-tük hallarda isə ciddi risk gözlənilmir.
Müəllif: Adəm
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
















.jpg)














.jpg)




