Sağlamlıq
109 yaşını qeyd etdi: Uzunömürlülüyünün 3 sadə sirrini açıqladı - FOTO
ABŞ-ın Viskonsin ştatında yaşayan 109 yaşlı qadın uzun ömrünün sirrini bölüşüb.
Publika.az xəbər verir ki, bu barədə "Milwaukee Journal Sentinel" məlumat yayıb.
Sara Levin 12 iyun 1917-ci ildə İllinoys ştatında anadan olub. O, 1939-cu ildə ailə quraraq Rasin şəhərinə köçüb və bu günə qədər orada yaşayır.
109-cu doğum günündə onu təbrik etməyə oğlu, qızı, dörd nəvəsi və nəticəsi gəlib. Levin 100 yaşına qədər öz evində yaşayıb, lakin bud-çanaq oynağı əməliyyatından sonra yaşlılar üçün nəzərdə tutulmuş pansionata köçmək qərarı verib.
Yaşının çox olmasına baxmayaraq, o, hələ də aktiv həyat tərzi keçirir, fortepiano çalır və bu bacarığı uşaqları ilə nəvələrinə də öyrədib.
Uzunömürlülüyünün sirrindən danışan Sara Levin bunu üç sadə amillə izah edib:
“Düşünürəm ki, gəzmək çox kömək edir. Mən ömrüm boyu çox gəzmişəm. Həm də fastfud yeməmişəm”.
O, üçüncü səbəb kimi isə ailə sevgisini göstərib.
109 yaşlı qadının doğum günü tədbirinə yaxınları ilə yanaşı, Rasin şəhərinin yanğınsöndürənləri də qatılıb və onu şəhər gəzintisinə çıxarıblar.
Adəm
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
























.jpg)













