Sağlamlıq
Həkimdən gecələr telefona baxanlara xəbərdarlıq
Əgər siz gecənin bir yarısı oyanırsınızsa, saata baxmaq və ya mesajları yoxlamaq, sosial şəbəkələrə nəzər yetirmək üçün telefonunuza əl atmayın. Demək olar ki, hamı bu cür "mini sörfinq"in nəticələrinə əhəmiyyət vermir...
Publika.az xəbər veir ki, bunu "Skandinaviya" Sağlamlıq Mərkəzinin somnoloqu Boris Yakovlev deyib. O, qeyd edib ki, gecələr telefon və ya noutbuqda ekrana baxmaq xüsusilə zərərlidir.
Belə ki, insan gecəyarısı oyanıb yenidən gözlərini yumduqda, beyin yuxu rejimində işləməyə davam edir. Melatoninin səviyyəsi ən yüksək səviyyədə olur, bədən temperaturu aşağı düşür, sinir sistemi isə rahatlaşır. Parlaq mavi və ya işıqlı ekran bu ahəngi dərhal pozur.
"Qaranlıq bir yataq otağında smartfondan üzünüzə gələn işıq gündüz vaxtı olan bəciq işığından daha intensiv şəkildə göz sağlamlığına təsir edir. Gecələr bəbək genişlənir və bütün işıq birbaşa retinanın daxili təbəqələrinə keçir. Supraxiazmatik nüvəyə (beynin sirkadian ritmlərini idarə edən hissəsi-red.) gələn siqnal güclü və birtərəfli olur. Siqnal isə beyinə bir növ "Səhərdir, oyanmaq vaxtıdır!" deyir. Melatonin səviyyəsi bir neçə dəqiqə ərzində aşağı düşür və bərpa olunması saatlar çəkir", - həkim deyib.
Eyni zamanda, beyinə gedən informasiya yükü daim artır. Mesajlar, xəbərlər, memlər, videolar — hər bir detal dopamin artımına səbəb olur, prefrontal korteksi aktivləşdirir və "zehni dialoq" işə başlayır. Hətta gecə xəbər lentinə beş dəqiqəlik nəzərə salmaq belə beyni "yuxu" rejimindən "oyanma" rejiminə keçirir. Yenidən yuxuya getmək üçün orta hesabla 60-90 dəqiqə çəkir.
Müəllif: Tural
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
























.jpg)













