Sağlamlıq
Sinəsini böyütdü, ölümdən son anda döndü
Moskva sakini mammoplastika əməliyyatı keçirdikdən sonra ağırlaşaraq reanimasiyaya yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə "Baza" məlumat yayıb. Zərərçəkən Veronika adlı qadın olub. O, sinə böyütmə əməliyyatı üçün klinikalardan birinə müraciət edib. Qadın bütün lazımi müayinələrdən keçibmiş. Lakin sonradan məlum olub ki, mütəxəssislər onun qan laxtalanmasına hədsiz həssas olmasına məhəl qoymayıblar. Belə hallarda tromboprofilaktika təyin olunur və bu cür əməliyyatlara əksər hallarda yox deyilir. Lakin bu dəfə Veronika ilə bağlı belə qərar verilməyib.
Əməliyyatdan bir neçə gün sonra gözəlləşmək üçün cərraha baş vurmuş qadı nəfəs darlığından şikayət edərək xəstəxanaya gedib. Lakin məlum olub ki, onun vəziyyəti daha da pisləşibmiş.
Nəşr yazıb: "Sinəsindəki irinli yaralar və nekrozla yanaşı, ona ağciyərlərində qan damarlarının tıxanması, qan laxtalanması diaqnozu qoyulub".
Mütəxəssislər bildiriblər ki, əgər qadın həkimlərdən kömək istəməsəydi, onun ürəyi dayanacaqdı.
"Baza"nın məlumatına görə, klinika pulu geri qaytarmağı təklif edib. Lakin mütəxəssislər əməliyyat zamanı və analizlərdə də hər hansı səhvə yol vermədiklərini bildirirlər. Veronika hazırda kompensasiya tələb edir. Zərərçəkən uzunmüddətli çətin reabilitasiya keçəcək.
Məlum hadisə sosial şəbəkələrin Rusiya seqmentində geniş müzakirələrə səbəb olub. Çünki son illər Rusiyada plastik əməliyyatlardan sonra ağırlaşma, hətta şikəstlik və ölüm halları da artıb.
Müəllif: Tural
-
MDB15:50Rusiyada dəhşət: Pəncərədə dayanıb yoldan keçənləri güllələdi
-
Ekologiya15:43“Azneft”: Dübəndidəki neft sızmasının mənbəyi müəyyən edilib və qarşısı alınıb
-
Sağlamlıq14:41Sinəsini böyütdü, ölümdən son anda döndü
-
MDB14:32Rusiyanın bu isti bölgəsi yaya həsrət qalıb - Sinoptiklər "iyulu gözləyin" deyirlər
-
İdman11:50DÇ-də qalmaqal: Müsəlmanların üstünə spirtli içki tökdülər - VİDEO
-
Avropa11:23Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu
-
Ekologiya11:04Qazaxa dolu düşdü - FAKTİKİ HAVA
-
ABŞ09:47Vens İsveçrəyə gəldi - ABŞ-İran danışıqları başlayır















.png)


















