Sağlamlıq
Mineral su ilə bağlı mühüm xəbərdarlıq: Hər kəs üçün uyğun deyil
Mineral suyun seçimi hər kəs üçün eyni ola bilməz və insanın sağlamlıq vəziyyəti mütləq nəzərə alınmalıdır.
Publika.az “Aif.ru”ya istinadən xəbər verir ki, bu barədə diyetoloq Anton Polyakov xəbərdarlıq edib.
Həkim bildirib ki, mineral suların tərkibi fərqlidir və onların orqanizmə təsiri də dəyişir. Suların tərkibindəki anion və kationların fərqliliyi onların hansı xəstəliklərdə və hansı məqsədlə istifadə oluna biləcəyini müəyyən edir.
Mütəxəssisin sözlərinə görə, bəzi mineral sular qastrit zamanı faydalı ola bilər, digərləri öd ifrazını stimullaşdırır, üçüncülər isə orqanizmin elektrolit balansını dəstəkləyir. Buna görə də müalicə məqsədilə mineral su yalnız həkim məsləhəti ilə seçilməlidir.
Bununla yanaşı, diyetoloq qeyd edib ki, şərti olaraq hər kəs üçün daha təhlükəsiz sayılan mineral su növü də var. Onun sözlərinə görə, söhbət “Essentuki-4” mineral suyundan gedir.
“Lakin istənilən halda orada da minerallıq və xüsusi tərkib var ki, bu da orqanizmə təsirsiz qalmır”, - deyə Anton Polyakov vurğulayıb.
Mütəxəssis xatırladıb ki, hətta gündəlik istifadə olunan mineral sular belə nəzarətsiz şəkildə qəbul edilməməlidir, çünki onların tərkibi orqanizmin funksiyalarına təsir göstərə bilər.
Müəllif: Adəm
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
























.jpg)













