Sağlamlıq
Həkimdən xəbərdarlıq: Bu əlamətlər xərçəngə işarə edə bilər
Həkim Anastasiya Fatyanova xərçəng xəstəliyinin ilkin mərhələlərində tez-tez diqqətdən qaçan əlamətlər barədə danışıb.
Publika.az xəbər verir ki, o, bu barədə "Life.ru"ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, əgər bir neçə ay ərzində heç bir pəhriz, qidalanma dəyişikliyi və ya fiziki aktivlik olmadan çəki 5 kiloqramdan çox azalırsa, bu ciddi siqnal sayılmalıdır. Fatyanova qeyd edib ki, gecə güclü tərləmə halları varsa və bu, insanın paltar və ya yataq dəstini dəyişməyə vadar edirsə, limfomalar və ya ağciyər xərçəngi ilə əlaqəli ola bilər.
Mütəxəssis həmçinin daimi zəiflik və tez yorulma, uzun müddət səbəbsiz davam edən hərarət, boyun və ya qasıq nahiyəsində limfa düyünlərinin böyüməsi, səsin xırıltılı olması, uzun sürən öskürək, sidikdə, nəcisdə və ya bəlğəmdə qan, eləcə də uzun müddət sağalmayan yara və zədələnmələrin də diqqət tələb etdiyini vurğulayıb.
Fatyanova əlavə edib ki, hər bir əlamət təkbaşına xərçəng demək deyil və çox hallarda səbəb daha zərərsiz ola bilər. Lakin bir neçə simptomun üst-üstə düşməsi və ya getdikcə güclənməsi halında həkimə müraciəti gecikdirmək olmaz.
Adəm
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
























.jpg)













